Demokrat.az xəbər verir ki, erməni şirkəti "Telecom Armenia" əməkdaşlığı təsdiqləyib.
Ermənistana internet Azərbaycandan tranzit keçəcək. "AzerTelecom" və "Telecom Armenia" arasında müvafiq saziş imzalanıb.
Sənəd Azərbaycan vasitəsilə Ermənistana beynəlxalq internet bağlantısının təmin edilməsini nəzərdə tutur.
Müqavilə çərçivəsində regionun aparıcı magistral internet operatoru olan AzerTelecom beynəlxalq internet trafik xidmətlərinin coğrafiyasını genişləndirəcək və öz infrastrukturundan istifadə etməklə Ermənistana internet tranzitini təmin edəcək.
Ermənistana internet Azərbaycandan tranzit keçəcək. Azərbaycan mətbuatının məlumatına görə, müvafiq sazişi "AzerTelecom" və "Telecom Armenia" imzalayıb.
"Telecom Armenia" bəyan edib ki, şirkət öz infrastrukturu vasitəsilə Azərbaycana tranzit təmin etməklə ölkələrin sayını və beynəlxalq internet trafikinin coğrafiyasını genişləndirir.
Alparslan Demokrat.az


