Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Demokrat.azxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Naftalan, Şəki, Balakən, Oğuz, Qusarda şimşək çaxır, arabir yağış yağır.
Saat 20:10 radələrində Qazax rayonuna diametri 10-12 mm, saat 20:20 radələrində isəAğstafarayonu ərazisinə diametri 25-28 mm olan dolu düşüb.
Demokrat.az


