İdman

Türkiyə üçün DÇ erkən bitdi — VİDEO (YENİLƏNİB)

Türkiyə üçün DÇ erkən bitdi — VİDEO (YENİLƏNİB)

Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları keçiriləcək.

Demokrat.az xəbər verir ki, Türkiyə millisi də növbəti matçına çıxacaq.

İlk turda Avstraliyaya 0:2 hesabı ilə uduzan “ay ulduzlular” bu dəfə Paraqvayla qarşılaşacaq.

Matç sabah Bakı vaxtı ilə saat 07:00-da oynanılacaq.

***

Milli komandalar matça aşağıdakı start heyətlə çıxacaq:

Türkiyə:Uğurcan Çakır, Mert Müldür, Merih Demiral, Abdülkerim Bardakcı, Ferdi Kadıoğlu, İsmail Yüksek, Hakan Çalhanoğlu, Yunus Akgün, Arda Güler, Kenan Yıldız, Kerem Aktürkoğlu.

Paraqvay:Gill, Cacares, Gustavo Gomez, Alderete, Alonso, Diego Gomez, Cubas, Almiron, Galarza, Enciso, Pitta.

***

Matç başladı.

***

Galarza 2-ci dəqiqədə komandasını önə çıxarır.

***

Paraqvayın heyətindən Migel Almiron 45+3-cü dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk edir. Buna səbəb onun Mert Müldürlə danışarkən ağzını bağlaması olub. FIFA-nın yeni qaydalarına əsasən bu davranış qadağandır. Almiron bu zəmində qırmızı alan ilk futbolçu oldu.

***

İlk hissə bitdi.

***

İkinci hissə başladı.

***

Matç başa çatdı. Türkiyə bu oyunda da uduzmaqla Dünya Çempionatı ilə vidalaşdı.

Demokrat.az

NE
Nihadə Eyyubova