2026-cı il dünya çempionatında B qrupunda II tura start veriləcək.
Demokrat.az xəbər verir ki, turun ilk oyununda İsveçrə millisi Bosniya və Herseqovina ilə qarşılaşacaq.
Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Hər iki komanda ilk turda heç-heçə edib. İsveçrə Qətərlə, Bosniya və Herseqovina isə Kanada ilə 1:1 hesablı bərabərliyə razılaşıb.
Qeyd edək ki, B qrupunun digər oyununda Kanada Qətərlə üz-üzə gələcək.
Dünya çempionatı B qrupu, II tur 18 iyun 23:00. İsveçrə - Bosniya və Herseqovina
Demokrat.az


