İdman

DÇ-2026: Portuqaliya Konqo ilə, İngiltərə Xorvatiya ilə qarşılaşacaq

DÇ-2026: Portuqaliya Konqo ilə, İngiltərə Xorvatiya ilə qarşılaşacaq

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında I turun növbəti oyunları keçiriləcək.

Demokrat.azreport-a istinadən xəbər verir ki, Kriştianu Ronaldonun lideri olduğu Portuqaliya millisi K qrupunda Konqo Demokratik Respublikası seçməsini sınağa çəkəcək.

Bu qrupun digər matçı Özbəkistan və Kolumbiya arasında baş tutacaq.

L qrupunda İngiltərə millisi Xorvatiya ilə, Qana yığması isə Panama ilə üz-üzə gələcək.

DÇ-2026

17 iyun

K qrupu I tur

21:00. Portuqaliya - Konqo Demokratik Respublikası Baş hakim: Abdulrahman Əl-Cassim (Qətər). Hyuston stadionu

L qrupu I tur

00:00. İngiltərə - Xorvatiya Baş hakim: Kleman Türpen (Fransa). Dallas stadionu

18 iyun

K qrupu I tur

03:00. Qana - Panama Baş hakim: Qlenn Nyüberq (İsveç). Toronto stadionu

L qrupu I tur

06:00. Özbəkistan - Kolumbiya Baş hakim: Entoni Teylor (İngiltərə). Mexiko stadionu

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

D
demokrat.az