İdman

DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub — YENİLƏNİB

DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub — YENİLƏNİB

Futbol üzrə dünya çempionatında Türkiyə millisi Avstraliyaya uduzub.

Demokrat.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:2 hesabı ilə məğlub olublar.

Avstraliyanın heyətində Nestori İrankunda (27) və Konnor Metkalf (75) fərqləniblər.

Qeyd edək ki, bu qrupun digər qarşılaşmasında ABŞ seçməsi Paraqvayı 4:1 hesabı ilə məğlub edib.(report)

*** 09:38

Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda ikinci qol vurulub.

Demokrat.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar növbəti qolu buraxıblar - 0:2.

75-ci dəqiqədə Konnor Metkalf uzaq məsafədən qapını dəqiq nişan alıb.(report)

*** 09:06

Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda ikinci hissə başlayıb.

Demokrat.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar hesabda geridədirlər - 0:1.

27-ci dəqiqədə Nestori İrankunda fərqlənib.(report)

*** 08:50

Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda ilk hissə başa çatıb.

Demokrat.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-ulduzlu"lar fasiləyə məğlub yollanıblar - 0:1.

27-ci dəqiqədə Nestori İrankunda fərqlənib.(report)

*** 08:31

Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda hesab açılıb.

Demokrat.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında avstraliyalılar ilk qolu vurublar.

27-ci dəqiqədə Nestori İrankunda fərqlənib. (report)

*** 08:01

Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyunu start götürüb.

Demokrat.az xəbər verir ki, D qrupunun matçı "BC Place Vancouver" stadionunda keçirilir.

Qarşılaşmanı venesuelalı FIFA referisi Xesus Valensuela idarə edir. (report)

Demokrat.az

NE
Nihadə Eyyubova