Gündəm

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib — FOTOLAR

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib — FOTOLAR

İyunun12-də Dağlıq Şirvan iqtisadi rayonundaAzərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsiilə bağlıaidiyyatı dövlət qurumlarının nümayəndələri və fermerlərin iştirakı iləregional müşavirə keçirilib.

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisiXalid ƏhədovAzərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və bu müstəvidə 25 may tarixində keçirilmiş müşavirənin mahiyyəti, bu istiqamətdə verilmiş tapşırıqlar, son illərdə ölkədə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət dəstəyi mexanizmləri, suvarma infrastrukturunun və aqroparkların inkişafı, habelə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində əldə edilmiş nəticələr barədə məlumat vermişdir. O, Dövlət Proqramının aqrar sektorun yeni inkişaf mərhələsini müəyyən etdiyini, proqramın əsas məqsədinin məhsuldarlığın artırılması, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi, emal və ixrac imkanlarının genişləndirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafının təmin edilməsi olduğunu vurğulamışdır.

Kənd təsərrüfatı nazirinin müaviniİlhamə QədimovaDövlət Proqramının aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcəyini, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd etmişdir. Dövlət Proqramı çərçivəsində müasir suvarma sistemləri tətbiq olunan sahələrin 130 min hektardan 300 min hektara çatdırılması, 22 rayon üzrə kombayn parkının 571 yeni kombaynla yenilənməsi, 84,9 min hektar sahədə lazer hamarlama texnologiyasının tətbiqi, intensiv bağçılığın genişləndirilməsi və buğda istehsalında məhsuldarlığın hədəf rayonlarda 50 sentnerə yüksəldilməsi nəzərdə tutulur. O, həmçinin 150 min ton əlavə taxıl silosu və 100 min ton əlavə soyuducu anbar tutumunun yaradılmasının, bu məqsədlə avadanlıqların dəyərinin 40 faizinin güzəşt hesabına, 40-50 faizinin isə kredit faiz subsidiyası mexanizmi vasitəsilə dəstəklənəcəyini diqqətə çatdırmışdır. Nazir müavini əlavə edib ki, proqram çərçivəsində süd istehsalının 11 faiz, mal və qoyun əti istehsalının isə 21 faiz artırılması, eləcə də bu məhsullar üzrə idxaldan asılılığın əhəmiyyətli dərəcədə azaldılması hədəflənir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müaviniİlham Bayramovçıxışında Dağlıq Şirvan iqtisadi rayonunun aqrar inkişaf potensialının reallaşdırılmasında dayanıqlı su təminatının həlledici rol oynadığını vurğulayıb. O, regionda 53,5 min hektardan çox suvarılan sahənin mövcud olduğunu, suvarma infrastrukturunun modernləşdirilməsi, su itkilərinin azaldılması və müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində mühüm işlərin görüldüyünü bildirib. İlham Bayramov qeyd edib ki, həyata keçirilən strateji layihələr, xüsusilə Şirvan suvarma kanalının tikintisi, regionda kənd təsərrüfatı istehsalının genişlənməsinə, su təminatının yaxşılaşdırılmasına və Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunmasına əhəmiyyətli töhfə verəcəkdir. O qeyd edib ki, layihə çərçivəsində respublikanın 9 rayonu üzrə 112 min hektar mövcud suvarma sahəsinin su təminatının yaxşılaşdırılması və 116 min hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur. Bununla yanaşı, cari ildə Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 3,9 kilometr kanalın beton üzlüyə alınması və 3 subartezian quyusunun təmiri planlaşdırılır. İlham Bayramov vurğulayıb ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əsas istiqamətlərindən biri müasir və innovativ suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin qurulması, su uçotunun təkmilləşdirilməsi və su istifadəçiləri ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsidir.

Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısıNahid Bağırovçıxışında Dağlıq Şirvan iqtisadi rayonunun aqrar potensialından səmərəli istifadənin əhəmiyyətini vurğulamış, son illərdə rayonda kənd təsərrüfatının inkişafı istiqamətində əldə olunan nəticələr barədə məlumat vermişdir. O qeyd etmişdir ki, 2025-ci ildə rayonda 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə edilmişdir. Həmçinin İvanovka kəndində 10 milyon manat investisiya dəyərinə malik süd emalı zavodunun inşasının regionun aqrar və emal potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyi bildirilmişdir. Çıxışda Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunması üçün məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqi və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

Daha sonra çıxış edən “Ağsu Aqropark” QSC-nin baş direktoruAtabala İsayevvə “Şirvan Aqro” MMC-nin direktor müaviniKamran Süleymanovrəhbərlik etdikləri təsərrüfatların fəaliyyəti və inkişaf perspektivləri barədə məlumat vermişlər. Onlar Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sahəsində göstərdiyi diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək proqramda nəzərdə tutulan dövlət dəstəklərinin təsərrüfatların genişləndirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd ediblər. Çıxış edənlər region fermerləri adından Dövlət Proqramında müəyyən edilmiş hədəflərin həyata keçirilməsinə fəal dəstək göstərəcəklərini və qarşıya qoyulan vəzifələrin icrasında üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirmək üçün səylərini daha da artıracaqlarını vurğulayıblar.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisiXalid ƏhədovDövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunmasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş çevik və sistemli fəaliyyəti, eləcə də özəl sektorun fəal iştirakı ilə mümkün olacağını qeyd etmiş, fermerləri və sahibkarları ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərə qoşulmağa çağırmışdır .

Qeyd edilib ki, Dövlət Proqramının icrasıDağlıq Şirvaniqtisadi rayonunda taxılçılıq, meyvəçilik, bostançılıq və heyvandarlığın inkişafına, məhsuldarlığın yüksəldilməsinə, fermer təsərrüfatlarının dayanıqlığının artırılmasına və regionun aqrar potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib — FOTOLAR
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib — FOTOLAR
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib — FOTOLAR
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib — FOTOLAR
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib — FOTOLAR
Demokrat.az

NE
Nihadə Eyyubova