Maraqlı Özəl

İyunun ikinci yarısında bəxtləri gətirəcək 3 bürc açıqlandı

İyunun ikinci yarısında bəxtləri gətirəcək 3 bürc açıqlandı

Astroloqların şərhlərinə görə, iyun ayının ikinci yarısında planetlərin hərəkəti bəzi bürclər üçün yeni imkanlar və uğurlu dövr vəd edir.

Demokrat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, xüsusilə üç bürc həm maliyyə, həm də şəxsi həyat sahəsində daha əlverişli şəraitlə qarşılaşa bilər.

Əkizlər: Həyatınızın parlaq mərhələsi başlayır

Siyahının ilk sırasında Əkizlər bürcü yer alır. Astrologların qənaətinə görə, Merkuri və Yupiterin təsiri altında bu bürcün nümayəndələri iyunun ikinci yarısında yeni fürsətlərlə qarşılaşa bilərlər.

Xüsusilə uzun müddətdir təxirə salınan layihələr, yeni iş təklifləri və əməkdaşlıqların uğur qazanmaq ehtimalı yüksək qiymətləndirilir. Maliyyə sahəsində də müsbət nəticələrin əldə olunacağı bildirilir.

Tərəzi: Maliyyə vəziyyətində müsbət dəyişikliklər

Son dövrlər maliyyə çətinlikləri yaşayan Tərəzi bürcləri üçün daha rahat bir mərhələnin başlayacağı proqnozlaşdırılır.

Astroloqların fikrincə, gözlənilən gəlirlərin əldə olunması, maaş artımı, borcların bağlanması və ya digər maliyyə məsələlərinin həlli gündəmə gələ bilər. Eyni zamanda şəxsi münasibətlərdə daha sabit və harmonik dövrün başlanacağı qeyd olunur.

Oxatan: Gözlənilməz fürsətlər dövrü

Siyahının üçüncü sırasında Oxatan bürcü qərarlaşıb. Astrologlar bildirirlər ki, son aylarda planlarını həyata keçirməkdə çətinlik çəkən Oxatanlar üçün iyunun sonuna doğru daha uğurlu şərait yaranacaq.

Xüsusilə xarici ölkələrlə bağlı işlər, ticarət, təhsil və karyera sahələrində yeni imkanların ortaya çıxacağı gözlənilir. Mütəxəssislər qarşıya çıxan imkanlardan düzgün istifadə etməyin ilin qalan hissəsinə də müsbət təsir göstərə biləcəyini vurğulayırlar.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova