İdman

Samir Ələkbərov bu klubun baş məşqçisi oldu

Samir Ələkbərov bu klubun baş məşqçisi oldu

Azərbaycanın veteran futbolçusu, "Neftçi”nin əfsanəvi hücumçusu olmuş Samir Ələkbərov baş məşqçi təyin edilib.

Demokrat.az xəbər verir ki, 57 yaşlı mütəxəssis 1-ci liqa təmsilçisi "Baku Sportinq"i çalışdracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin keçmiş üzvü 2019-cu ildən "Baku Sportinq"dədir. O, Buzovna təmsilçisinin akademiyasında koordinator vəzifəsində çalışırdı.S.Ələkbərov indiyə qədər "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İrəvan" klublarında işləyib.

Demokrat.az

NE
Nihadə Eyyubova