Gün ərzində bitməyən yorğunluq, səhər dinlənməmiş oyanmaq və gecə yuxuya gedə bilməmək bir çox insanın ortaq probleminə çevrilib. Gərgin iş rejimi, ekranlara uzunmüddətli məruz qalma və davamlı stress vəziyyəti bədənin “həyəcan sistemini” aktiv saxlayır. Bu hal enerji azalmasından diqqət pozuntularına, yuxu problemlərindən əhval dəyişikliyinə qədər müxtəlif təsirlərə səbəb ola bilir.
Demokrat.az xəbər verir ki, müasir şəhər həyatı bədəni və zehni daim gərgin saxlayan görünməz bir stress dövrü yaradır. Uzun iş saatları, tıxac, ekran istifadəsi və daimi əlçatan olma zərurəti bu dövrü daha da gücləndirir. Son illərdə diqqət çəkən adaptojenlər isə bədənin stressə qarşı tarazlığını dəstəkləyən təbii vasitələr kimi göstərilir.
Gün ərzində davamlı yorğunluq hissi, səhər dincəlmədən oyanmaq, fikirləri idarə edə bilməmək, diqqət problemləri və gecə yuxuya gedə bilməmək kimi şikayətlər geniş yayılıb. Qidalanma və Pəhriz Mütəxəssisi Kumsal Kurucu bildirib ki, stresi idarə etmədən sağlamlığı idarə etmək mümkün deyil və adaptogenlərin kortizol balansına müsbət təsir göstərə biləcəyini qeyd edib.
Adaptogenlər nə edir?
Müasir şəhər həyatı və yüksək iş tempi bədəni daimi stress dövrünə salır. Bu vəziyyət yalnız psixoloji deyil, hormon balansı, yuxu, enerji səviyyəsi və maddələr mübadiləsinə də təsir edir. Adaptogenlər nə stimullaşdırıcı, nə də sakitləşdirici təsir göstərir; onların məqsədi bədənin stress reaksiyasını tarazlamağa kömək etməkdir.
Şəhər insanının stress siqnalı daim aktivdir
Daim açıq qalan stress sistemi zamanla kortizol balansının pozulmasına, yuxu keyfiyyətinin azalmasına və orqanizmin daim gərgin vəziyyətdə qalmasına səbəb olur. Adaptogenlər bu sistemi tam söndürmür, lakin həddindən artıq reaksiyanı tənzimləməyə kömək edə bilər.
Hər adaptogen hər kəsdə eyni təsir göstərmir
Məsələn, aşvaqandha daha çox yuxu problemi və zehni gərginlik yaşayanlarda, rhodiola səhər yorğunluğu və enerji çatışmazlığında, ginseng isə diqqət və performans dəstəyində istifadə olunur. Mütəxəssislər bildirir ki, uyğun seçimin fərdi yanaşma ilə aparılması vacibdir.
Əvvəlcə vərdişlər dəyişməlidir
Elmi araşdırmalar adaptogenlərin stress və kortizol üzərində müsbət təsir göstərə biləcəyini göstərsə də, onlar təkbaşına həll yolu deyil. Yuxusuzluq, qeyri-sağlam qidalanma, yüksək stress və həddindən artıq kofein istifadəsi davam etdikcə təsir məhdud qala bilər. Mütəxəssislər adaptogenləri müalicə deyil, dəstəkləyici vasitə kimi qiymətləndirir.
Jalə Demokrat.az


