Gündəm Özəl

Yararsız ətlər aşkarlanan məşhur şadlıq evi adını dəyişdi — VİDEO

Yararsız ətlər aşkarlanan məşhur şadlıq evi adını dəyişdi — VİDEO

Bakıdakı qalmaqallı restoranın adı dəyişdirilib.

Demokrat.az bildirir ki, AQTA-nın yaydığı məlumatda adı keçən, saxta içkilər, köhnə və qaralmış, yararsız ətlər aşkar edildiyi deyilən "Yegane Palace" adını dəyişərək başqa adla fəaliyyətə başlayıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Artıq restoranın "Valmora" adı ilə fəaliyyət göstərdiyi bildirilir.

Restoranın sahibinin dəyişməsi barədə hər hansı məlumat qeyd olunmayıb.

Sözügedən görüntüləri təqdim edirik:

@imamaliyev96 😁😁😁 #valmora #yeganesadliqsarayi ♬ orijinal ses - Hümbət

Kənan Demokrat.az

NE
Nihadə Eyyubova