Gündəm

Bu restorana şortla giriş qadağan edildi — VİDEO

Bu restorana şortla giriş qadağan edildi — VİDEO

Sumqayıtda fəaliyyət göstərən “Central Park” restoranında şortla girişə qoyulan qadağa müzakirələrə səbəb olub.

Demokrat.az xəbər verir ki, restoranın sahibi Əli ƏhmədovAxar.az-a açıqlamasında sözügedən qadağanın müəssisənin daxili qaydalarından irəli gəldiyini bildirib.

Onun sözlərinə görə, rəsmi qurumlarda və bir çox iş yerində olduğu kimi, rəhbərlik etdiyi obyektdə də müəyyən geyim qaydalarına əməl olunması tələb edilir.

“Bu, mənim şəxsi obyektimdir. Hər iş yerində olduğu kimi, bizim də öz qaydalarımız var. Hansı rəsmi iş yerində şortla daxil olmağa icazə verilir? Bura ailələrin istirahət etdiyi məkandır. Buna görə də şortla girişə icazə vermirik və bu qaydanı tətbiq edirik”, - deyə o qeyd edib.

Ə.Əhmədov restoranın fəaliyyəti ilə bağlı səsləndirilən digər iddiaları da təkzib edib. O bildirib ki, müəssisə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir.

NE
Nihadə Eyyubova