Gündəm

Binəqədidə küçədən neft çıxır? — VİDEO

Binəqədidə küçədən neft çıxır? — VİDEO

Binəqədi rayonu Biləcəri qəsəbəsi 10 May küçəsində yerdən neft çıxması ilə bağlı görüntülər yayılıb.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Elnurə Abuşova sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, sakinlər tərəfindən aidiyyəti qurumlara müraciət olunsa da, problem aradan qaldırılmayıb. Videodan da neftə bənzər məhsulun küçə boyu axdığı aydın

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edilib. Qurumdan bildirilib ki, qeyd edilən məsələ ilə bağlı aidiyyəti quruma müraciət edilib.

Mövzu barədə Dövlət Neft Şirkətinə (SOCAR) də sorğu ünvanlanıb.

NE
Nihadə Eyyubova