Maraqlı Özəl

Münasibətlərdə əslində sevgini saxlayan nədir? — Psixoloq açıqladı

Münasibətlərdə əslində sevgini saxlayan nədir? — Psixoloq açıqladı

Amerikalı psixoloq Mark Trevers münasibətlərdə sevgini əslində qoruyub saxlayan əsas amili açıqlayıb.

Demokrat.az xəbər verir ki, o, “Forbes” jurnalında dərc olunan yazısında bildirib ki, ən sağlam uzunmüddətli münasibətlər sabitlik üzərində qurulur.

“Yeni münasibətlərdə danılmaz bir dinamika olur. Cütlüklər gecəyə qədər söhbət edirlər, yeni restoranları sınayırlar, hətta fərqinə varmadan rituallar yaradırlar. Onlar aşiq olurlar və sıfırdan nəsə qururlar. Əgər hər şey yaxşı gedirsə, münasibətlər sabitləşir”, deyə o qeyd edib.

Psixoloqun sözlərinə görə, bu sabitlik mərhələsindən sonra həyat daha proqnozlaşdırıla bilən olur:

“Bir vaxtlar münasibətləri qidalandıran həyəcan azalır və onun yerini təhlükəsizlik hissi tutur. Təhlükəsizlik münasibətlərin ən böyük nailiyyətlərindən biri olsa da, bir çox cütlük üçün narahatedici bir hiss yarada bilər: hər şey bir az darıxdırıcı görünür. Amma problem ondadır ki, insanlar bunu çox vaxt sevginin bitməsi kimi qəbul edirlər, halbuki bu, sadəcə təbii sabitlik nəticəsi ola bilər”.

O əlavə edib ki, sabitlik öz-özlüyündə cazibənin düşməni deyil. Əsas problem cütlüklərin birlikdə yeni şeylər kəşf etməyi dayandırmasıdır.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova