Özünəinamın aşağı olması, iş həyatından şəxsi münasibətlərə qədər müxtəlif sahələrdə özünü göstərən narahatlıq hallarına səbəb ola bilər və bu, çox vaxt uşaqlıq dövründə valideynlərdən yetərli diqqət və qayğının olmaması ilə əlaqələndirilir.
Demokrat.az xəbər verir ki, bu barədə “YourTango” nəşrində hipnoterapevt Mişel Molitor müəllif məqaləsində yazıb.
Müəllifin qeyd etdiyi kimi, aşağı özünəqiymət daxili narahatlıq, şübhələr və həddən artıq yüklənmə hissi formalaşdırır. Bunun kökləri isə çox zaman uşaqlıq təcrübəsinə və valideynlərlə münasibətlərə dayanır.
Aşağıda uşaqlıqda valideyn sevgisinin çatışmazlığı ilə əlaqələndirilən əsas psixoloji problemlər göstərilir:
Özünü “yetərsiz” hiss etmə
Sərt və ya emosional baxımdan soyuq tərbiyənin ən geniş yayılmış nəticələrindən biri “mən kifayət qədər yaxşı deyiləm” düşüncəsinin formalaşmasıdır. Müəllifə görə, ananın tənqidi və ya nailiyyətlərin qiymətləndirilməməsi bu mənfi daxili inamı gücləndirə bilər. Bu isə yetkinlik dövründə perfeksionizm və ya depressiv hallarla özünü göstərə bilər.
Emosional tənzimləmə çətinlikləri
Valideynlərin emosional uzaqlığı insanın böyüdükdən sonra öz emosiyalarını idarə etməsində çətinliklər yarada bilər. Belə şəxslər etibar, yaxınlıq problemləri yaşayır və daxili qeyri-sabitlik səbəbilə həddən artıq diqqət axtara bilirlər.
Saxtakar sindromu
Müəllifin qeyd etdiyinə görə, tənqid və ya emosional rədd mühitində böyüyən uşaqlar yetkinlikdə çox vaxt özlərini sosial qruplara “aid olmayan” kimi hiss edirlər.
Psixi sağlamlıq problemləri
Ananın emosional təzyiqi və ya dəyərsizləşdirici davranışı yetkinlik dövründə psixoloji problemlərin yaranmasına təsir göstərə bilər. Bu cür mənfi emosional mühit uşaqlarda uzunmüddətli daxili konfliktlər formalaşdıra bilər.
“Yox” deyə bilməmək
Uşaqlıqda daim valideynləri razı salmağa öyrəşən insanlar böyüdükdə şəxsi sərhədlər qoymaqda çətinlik çəkirlər. Onlarda günahkarlıq hissi və başqalarının razılığından asılılıq güclənir.
Qərar vermə çətinliyi
Ananın həddindən artıq nəzarəti uşağın müstəqillik bacarıqlarının formalaşmasına mane ola bilər. Nəticədə yetkin insanlar qərar verməkdə və sabit münasibətlər qurmaqda çətinlik çəkə bilirlər.
Jalə Demokrat.az


