Sosial

"Sürmək olmur, maşınlar dağılır!" — Bakıda sürücüləri bezdirən yol (VİDEO)

Sürmək olmur, maşınlar dağılır! — Bakıda sürücüləri bezdirən yol (VİDEO)

Bir qrup sakin Baku TV-nin qaynar xəttinə müraciət edərək Binəqədi şosesi ərazisində yolun bərbad vəziyyətə düşdüyünü bildirib.

Onların sözlərinə görə, ərazidə bir müddət əvvəl kanalizasiya xəttində aparılan təmir-bərpa işlərindən sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb.

Paytaxtda yağan intensiv yağışlardan sonra isə yolda çuxurlar əmələ gəlib. Bildirilir ki, bu vəziyyət nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradır, avtomobillərin tez-tez zədələnməsinə səbəb olur və ərazidə tıxacların yaranmasına gətirib çıxarır.

“Bu vəziyyətdə maşın sürmək olmur, avtomobillərimiz dağılır”, “Bu yolu aylarla qazdılar, sürücülər tıxacda qalırdı. İndi də belə vəziyyət yaranıb”, – deyə sürücülər narazılıqlarını dilə gətiriblər.

Demokrat.az

NE
Nihadə Eyyubova