"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Nara ilə davam edən boşanma və aliment mübahisəsində mühüm hüquqi üstünlük qazanıb.
Demokrat.az xəbər verir ki, Milan məhkəməsi Naranın İkardidən tələb etdiyi aylıq 250 min avroluq aliment tələbinin rədd edilməsinə qərar verib.
Cütlük 10 illik evliliklərini xəyanət iddialarının kölgəsində sonlandırmışdı. Boşanma prosesindən sonra Vanda Nara yüksək məbləğdə aliment tələb etmiş, həmçinin uşaqların təminatı, faizlər və məhkəmə xərcləri ilə bağlı ödənişlər istəyib. Lakin İkardi bu qərara etiraz edərək işi yenidən məhkəməyə daşıyıb.
Milanda keçirilən yeni iclasda hakim heyəti Vanda Naranın hazırkı gəlir və maliyyə vəziyyətinin onun həyatını davam etdirməsi üçün kifayət etdiyini bildirib. Bu əsasla ikardinin 250 min avroluq müvəqqəti aliment ödəməsinə ehtiyac olmadığı qərara alınıb.
Qərar İtaliyada və beynəlxalq media orqanlarında geniş rezonans doğurub. İkardinin bu qərarla boşanma prosesində mühüm hüquqi üstünlük əldə etdiyi bildirilir.
Jalə Demokrat.az


