Hava

Bu rayonumuza noxud boyda dolu düşdü

Bu rayonumuza noxud boyda dolu düşdü

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin iyunun 4-ü gündüz saatlarından etibarən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

Qeyd olunub ki, yağıntının miqdarı Gədəbəydə 7 mm, Şərurda 4 mm, Daşkəsəndə 2 mm olub. Ordubad, Şahbuz, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qrız, Beyləqan, Biləsuvar, Cəlilabad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı və Füzuli rayonlarında isə 1 mm-dək yağıntı qeydə alınıb.

Məlumata görə, iyunun 4-də saat 14:40 radələrində Daşkəsən rayonunun Alaxançallı, Qaratağlar, Qaraqullar, Muşavaq, Zinzahal, Zivlan və Suqovuşan kəndlərinə dolu düşüb. Həmçinin saat 14:28-14:30 radələrində Gədəbəy rayonunda, eləcə də rayonun Düzyurd və Talakənd kəndlərində diametri 7 millimetr olan dolu müşahidə edilib.

Demokrat.az

NE
Nihadə Eyyubova