Bakıda 47 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 7-də paytaxtın Sabunçu rayonunda baş verib. Gədəbəy rayon sakini, 1979-cu il təvəllüdlü Elxan həmin gün saat 22 radələrində yaşadıqları evin qonaq otağında həyat yoldaşı Zeynəb (ad şərtidir – red.) ilə mübahisə edib.
Mübahisə zamanı Elxan həyat yoldaşının sağ qol və sağ ayaq nahiyəsinə zərbələr endirib. Nəticədə qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Faktla bağlı Elxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Sabunçu Rayon Məhkəməsində aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin zərərçəkənlə barışdığı məlum olub. Qadın ərini bağışladığını və ona qarşı şikayətini geri götürdüyünü bildirib.
Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


