"Saxta günəş kremləri dəri sağlamlığı üçün böyük təhlükə yaradır. Dəridə sızanaq, yağlanma, qıcıqlanma və xərçəng kimi xəstəliklərə səbəb ola bilər. Vətəndaşlar günəş kremlərini apteklərdən rahatlıqla ala bilərlər".
Demokrat.az xəbər verir ki, bunu Türkiyə Əczaçı İşəgötürənlər Birliyinin (TEİS) sədri Nurten Saydan deyib.
O bildirib ki, günəş kreminin orijinallığını anlamaq üçün barkod yoxlanışı aparılmalı, qutu içi kodlar və qablaşdırma detalları nəzərə alınmalıdır:
"Alınan məhsulun markasına, barkoduna, rənginə, qatılığına və qoxusuna diqqət yetirilməlidir. Saxta məhsullar adətən daha ağır qoxuya və fərqli teksturaya malik ola bilər. Orijinal günəş kremlərinin müəyyən bir dəyəri var və çox aşağı qiymətlərlə satılmır. Xüsusilə internet üzərindən edilən alış-verişlərdə çox ucuz qiymətlərlə qarşılaşırsınızsa, bu məhsulun saxta ola biləcəyinə işarədir. Qiymət müqayisəsi aparmaq saxta məhsulları müəyyən etmək üçün olduqca faydalıdır".
Mütəxəssislər saxta günəş kremlərinin dəridə qıcıqlanma, yağlanma və xərçəng kimi ciddi xəstəliklərə səbəb ola biləcəyini bildiriblər.
Jalə Demokrat.az


