İdman Özəl

"Qalatasaray" türk ulduza 35 milyon avro təklifi edir

Qalatasaray türk ulduza 35 milyon avro təklifi edir

Super Liqada ardıcıl 4-cü, ümumilikdə isə 26-cı çempionluğunu qazanan “Qalatasaray” növbəti mövsüm üçün transfer planlamasına start verib.

Demokrat.az xəbər verir ki, TFF-nin açıqladığı yeni əcnəbi limiti qaydası fonunda klubun əsas hədəflərindən biri A Milli komandanın gənc ulduzu Can Uzun olub. Bu barədə “Fanatik” nəşri məlumat yayıb.

Klub rəhbərliyi və baş məşqçi Okan Burukun hazırladığı transfer siyahısı üzrə hərəkətə keçən “Qalatasaray” 10 nömrə mövqeyi üçün geniş büdcə ayırıb.

Prezident Dursun Özbek uzun müddətdir klubun gündəmində olan 20 yaşlı futbolçunun bu yay heyətə qatılmasını istəyir. A Milli komanda ilə göstərdiyi performansla diqqət çəkən Can Uzunun transferi üçün İtalyan menecer Qardiyə tam səlahiyyət verildiyi bildirilir.

Məlumata görə, “Qalatasaray” "Ayntraxt Frankfurt" klubu ilə danışıqlara 35 milyon avro və bonuslar daxil olmaqla ilk təkliflə başlamağı planlaşdırır. Daha əvvəl futbolçunun “klubumla razılaşın kifayətdir” mesajı verdiyi iddia olunur.

Alman klubunun isə Can Uzun üçün təxminən 65 milyon avro civarında qiymət gözlədiyi qeyd edilir. Tərəflər arasında razılaşmanın menecer Qardinin rəsmi danışıqlara başlamasından sonra daha da aydınlaşacağı bildirilir.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova