Hava

2 gün yağış yağacaq, dolu düşəcək

2 gün yağış yağacaq, dolu düşəcək

Azərbaycanın bir neçə bölgəsində hava şəraiti pisləşəcək. İyunun 4-dən 6-dək ölkənin əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış qeydə alınacaq, şimşək çaxacaq və dolu düşəcək.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuq artacaq. Bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimalı var.

Qısası, iyunun 4-dən 6-na kimi dağlıq və dağətəyi bölgələrdə güclü yağış, dolu və sel təhlükəsi gözlənildiyi üçün sakinlərə ehtiyatlı olmaq tövsiyə edilir.

Demokrat.az

NE
Nihadə Eyyubova