Şou-biznes Özəl

Nişanlısını serialdakı tərəf müqabilinə dəyişdi — Xəyanət VİDEOSU

Nişanlısını serialdakı tərəf müqabilinə dəyişdi — Xəyanət VİDEOSU

Məşhur aktyor Ali Önerin keçmiş nişanlısı Livanur Aydın xəyanət iddialarını təsdiqləyib. O, sosial şəbəkədə etdiyi paylaşımla ayrılıq səbəbini açıqlayıb.

Demokrat.az-ın məlumatına görə Livanur Aydın bildirib ki, münasibətin bitməsindən aylar keçsə də, hələ də mövzu ilə bağlı çoxlu mesajlar alır. Adının xəbərlərdə hallanmasından narahat olan keçmiş nişanlı şübhələrinin tamamilə doğru çıxdığını qeyd edib. O, artıq keçmişi geridə qoyduğunu və öz həyatına diqqət ayırdığını vurğulayıb.

"Uzun münasibətin və nişanın atılmasından aylar keçib. Bu müddət ərzində açıqlama verməməyi seçdim. Lakin zaman keçməsinə baxmayaraq, hələ də bu məsələ ilə bağlı çoxlu mesajlar alıram. Adımın hələ də xəbərlərdə, sosial media paylaşımlarında və şərhlərdə bu məsələ ilə bağlı hallanmasından narahatam və buna görə də qısa açıqlama vermək istədim. Bəzən həyatda insanların seçimləri, hərəkətləri və münasibətləri deyilə biləcək bütün sözləri kölgədə qoyur. İndi əmin olduğunuz şübhələr təəssüf ki, lap əvvəldən mənim reallığım idi. Buna görə də, baş verənlər haqqında çox danışmağa ehtiyac yoxdur, hər şey onsuz da lazım olduğu qədər aydın və başa düşüləndir. Lakin keçmişə qayıdıb nəyisə danışmaq və ya müzakirə etmək niyyətim yoxdur. Bu gün olduğum yerdə dinc şəkildə öz həyatıma və məqsədlərimə diqqətimi cəmləyərək davam edirəm. Arzum budur ki, aylar əvvəl başa çatan bu məsələ mənim üçün də bağlansın və adım artıq bu hadisələrlə hallanmasın. Həyat davam edir və mən irəli baxmağa və enerjimi keçmişə deyil, gələcəyə həsr etməyə üstünlük verirəm".

Xatırladaq ki, "Türkiyənin ən yaxşı modeli" titulunun sahibi olan Ali Öner 2024-cü ilin avqustunda Livanur Aydınla nişanlanmışdı. Lakin daha sonra aktyorun tərəf müqabili Zeynep Atılqanla nişanlısına xəyanət etdiyi iddia olunmuş və cütlük ötən ilin sonunda ayrılmışdı. Ötən gün Ali Öner və Zeynep Atılqanın səmimi görüntülərinin yayılması bu xəyanət iddialarını birdəfəlik təsdiqləyib.

View this post on Instagram

A post shared by Magazin Fısıltısı (@magazinfisiltisi)

​​​​​​​

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova