Öndər Özeni futbol direktoru vəzifəsinə gətirdikdən sonra baş məşqçi axtarışlarını davam etdirən “Beşiktaş” bu istiqamətdə bir çox xarici mütəxəssislə danışıqlar aparsa da, hələlik konkret nəticə əldə olunmayıb. Fərqli namizədlər üzərində işlər davam edərkən, klubun iddialı planı ortaya çıxıb.
Demokrat.az xəbər verir ki, hazırda “Beşiktaş” bu posta Zinəddin Zidanı gətirçək üçün ilkin araşdırmalar aparır. “Real Madrid”də ardıcıl 3 dəfə UEFA Çempionlar Liqasını qazanan 53 yaşlı mütəxəssis 2021-ci ildən bəri heç bir komandanı çalışdırmır.
“Ağ-qaralar”ın vasitəçilər üzərindən fransız əfsanəyə bir layihə təqdim etdiyi bildirilir. Zidanın ilkin mərhələdə bu layihəyə tam mənfi yanaşmadığı qeyd olunur. Lakin onun transfer büdcəsi və formalaşdırılacaq heyətin potensialı ilə bağlı daha dəqiq məlumatlar istədiyi də kulislərdə müzakirə olunur.
“Beşiktaş” rəhbərliyinin yaxın günlərdə fransız məşqçi ilə klubun gələcək vizyonu, yeni mövsüm planlaması və büdcə strukturu ilə bağlı geniş bir toplantı keçirməyə hazırlaşdığı bildirilir.
Zidan tərəfinin illik maaş tələbi və digər şərtləri müzakirə olunduqdan sonra rəsmi addımların sürətlənəcəyi gözlənilir. Klub mənbələrinin fikrincə, bu layihə yalnız “Beşiktaş” üçün deyil, Türkiyə futbol tarixi üçün də mühüm dönüş nöqtələrindən biri ola bilər. Zidanla yaxın zamanda üzbəüz görüşün planlaşdırıldığı qeyd olunur.
Jalə Demokrat.az


