Sağlamlıq Özəl

Dizindən səs gələn, oynaqları ağrıyan hər səhər acqarına bunu içsin

Dizindən səs gələn, oynaqları ağrıyan hər səhər acqarına bunu içsin

Yaş artdıqca, hərəkətsiz həyat tərzi və ya həddindən artıq yüklənmə səbəbindən milyonlarla insanın kabusuna çevrilən diz və oynaq ağrılarına qarşı effektiv vasitə tapılıb. Ortopediya sahəsində aparılan araşdırmalar səhərlər acqarnına qəbul edildikdə oynaq bağlarını gücləndirən və təbii ağrıkəsici rolunu oynayan qidanı üzə çıxarıb. Bu formula qığırdaqların yeyilməsinin qarşısını alır və hərəkətliliyi artırır.

Demokrat.az xəbər verir ki, zamanla yeyilən və mayesini itirən oynaqlar sümüklərin bir-birinə sürtülməsinə, bu isə şiddətli ağrılara yol açır. Oynaq və sümük sağlamlığı üçün qoruyucu qalxan rolunu oynayan sümük bulyonu qlükozamin, xondroitin, vacib amin turşuları və kalsiumla zəngindir. Sümük bulyonunun jelye bənzər quruluşu insan bədənindəki oynaq, vətər və bağlarda təbii olaraq tapılan kollagen strukturunu təqlid edərək azalan maddələri bərpa etməyə kömək edir.

Tibb dünyasında sümük bulyonunun zədələnmiş qığırdağı sıfırdan tamamilə bərpa edib-etməməsi hələ də müzakirə mövzusudur. Bununla belə, həkimlər hər səhər acqarnına müntəzəm olaraq sümük bulyonu qəbul etməyin xroniki oynaq ağrılarını əhəmiyyətli dərəcədə azaltdığını və gündəlik hərəkətliliyi yaxşılaşdırdığını bildirirlər.

Təbii komponentlərin sorulmasını artırmaq üçün səhərlər acqarnına içilməsi tövsiyə olunan bu qida, oynaq bağlarının elastikliyini qoruyaraq kirəclənmədən müdafiə olunmağın ən effektiv yollarından biri sayılır.

Yəni, dizlərində xırıltı olan və pilləkən çıxmaqda çətinlik çəkənlər hər səhər acqarnına sümük bulyonu içməklə oynaq mayesini qoruya və ağrıları azalda bilərlər.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova