İdman

Avropa çempionatı: Azərbaycan millisi 1/4-ə çıxa biləcəkmi?

Avropa çempionatı: Azərbaycan millisi 1/4-ə çıxa biləcəkmi?

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa bu axşam çıxacaq.

Demokrat.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.

Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bu gün həmçinin 1/8 finalda Rumıniya - Avstriya, Yunanıstan - Serbiya, Çexiya - Monteneqro görüşləri baş tutacaq.

Azərbaycan - Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

Xatırladaq ki, 1/8 finalın digər 4 oyunu dünən baş tutub:

Bosniya və Herseqovina - Macarıstan 2:2 (p. - 2:3) Bolqarıstan - Fransa 6:1 Polşa - Gürcüstan 1:1 (p. - 2:3) Ukrayna - Portuqaliya 3:1

Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.

Demokrat.az

NE
Nihadə Eyyubova