Fransanın "PSJ" klubu 2025/26 mövsümündə Çempionlar Liqasındakı uğurlu çıxışı sayəsində büdcəsini rekord məbləğdə artırıb. Paris təmsilçisi nüfuzlu turnirdən ümumilikdə 150 milyon avroya yaxın gəlir əldə edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə "Transfer News Live" portalı məlumat yayıb.
Gəlirin əsas hissəsi televiziya hüquqları, mərhələləri keçmək üçün verilən mükafatlar və çempionluq bonusundan formalaşıb. Klubun qazancının detallı siyahısı belədir:
Televiziya hüquqları: 34 milyon avro Finalda iştirak: 18,6 milyon avro Finala vəsiqə: 18,5 milyon avro Əsas mərhələ nəticələri: 18,7 milyon avro Yarımfinal: 15 milyon avro Dörddəbir final: 12,5 milyon avro 1/8 final: 11 milyon avro UEFA klub əmsalı: 11 milyon avro Çempionluq bonusu: 6,5 milyon avro UEFA Super Kubokunda iştirak: 4 milyon avro
Məlumata görə, PSJ son iki mövsümdə təkcə UEFA-dan 300 milyon avroya yaxın vəsait qazanıb. Bura bilet satışı və kommersiya gəlirləri daxil deyil. Görünən odur ki, Paris klubu həm meydanda, həm də maliyyə masasında böyük uğura imza atıb.
İsmayıl Demokrat.az


