İdman

Millimiz İtaliyaya qalib gəldi, pley-offa vəsiqə qazandı

Millimiz İtaliyaya qalib gəldi, pley-offa vəsiqə qazandı

Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən AVRO-2026-nın F qrupunda ikinci oyununa çıxıb.

Elşad Quliyevin rəhbərlik etdiyi komanda İtaliya yığması ilə qarşılaşıb. Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətindəRəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə fərqləniblər.

Azərbaycan yığması ilk turda Avstriyanıüstələmişdi. İtaliya isə Fransa ilə qolsuz heç-heçə edib.Beləliklə, Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib.

Qeyd edək ki, yığmamız qrupdakı növbəti oyununu mayın 30-da Fransaya qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan millisi AVRO-2022-nin qalibi olub.(qol.az)

Demokrat.az

NE
Nihadə Eyyubova