İstanbulun fəthinin 573-cü ildönümü münasibətilə Haliçdə keçirilən mərasimdə maraqlı hadisə yaşanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kürsüdə vətəndaşlara müraciət edərkən balaca uşaq qəfildən səhnəyə çıxıb.
Prezidentə sarılaraq sevgisini nümayiş etdirən uşağın hərəkəti ərazidəki minlərlə insan tərəfindən rəğbətlə qarşılanıb. Ərdoğan çıxışına fasilə verərək balaca pərəstişkarı ilə yaxından maraqlanıb. Səmimi anlar meydandakı vətəndaşların alqışlarına səbəb olub.
İsmayıl Demokrat.az


