"Leyla xanım Masallı səfərindən çox razı qaldı. Qədim sənət sahələrinin yaşadılması sahəsində görülən işlərlə tanış oldu və müsbət qiymətləndirdi".
Bu sözləriMasallı rayon icra başçısı Araz ƏhmədovSitat.info-ya açıqlamasındaHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Masallı səfəri ilə bağlı danışarkən deyib.
O bildirib ki, son illərMasallının qədim ənənələrinin yaşadılması istiqamətində ciddiiş aparılır:"Xüsusən də misgərçilik, dulusçuluq, həsirçilik kimi qədim sənətsahələrinin dirçəldilməsi, bu sənətin gənclərə öyrədilməsi , onların əl işlərinin təqdimatı ilə bağlı çalışırıq. Leyla xanım Masallıda həsir toxuma sexində oldu, binamızdan da çox xoşu gəldi.
Burada işçilər təkcə ənənəni yaşatmırlar, həm də müxtəlif məhsulları satıb gəlir əldə edirlər. Həsir papaq, çantalar, bəzək əşyaları, ev aksesuaları düzəldirlər. Leyla xanımgənc xanımların əl işlərinin bir hissəsinin Heydər Əliyev Fondu tərəfindən alınacağını bildirdi. Bu diqqət onları daha da ruhlandıracaq.Biz həmçinin bu əl işlərinin internet mağazalarda, məsələn "Amazon"da satışı ilə bağlı iş aparırıq. Həm də bu sexin həyətindəkiçik köşklər yaradacağıq ki,rayona gələn turistlər də alıb aparsınlar". 





