Gündəm Özəl

Adı maliyyə fırıdaqlıqlarında hallanan sabiq sədr müavini sükutu pozdu — FOTO

Adı maliyyə fırıdaqlıqlarında hallanan sabiq sədr müavini sükutu pozdu — FOTO

Son günlər adı bir çox maliyyə fırıdaqlıqlarında hallanan Bakı Dəniz Limanının keçmiş sədr müavini Söhrab İsmayılov sükutu pozub.

Demokrat.az xəbər verir ki, Söhrab İsmayılov özünün sosial şəbəsəsində əməyin mühafizə üzrə post paylaşıb:

“Son zamanlar ESG müəssisələrin diqqət mərkəzindəki əsas prioritet sahələrdən birinə çevrilib. Çin limanlarında ESG təcrübələri üzərində aparılan son empirik tədqiqatın nəticələri xüsusi maraq doğurub. Tədqiqat göstərir ki, son illərdə liman əməliyyatlarının idarə edilməsində tətbiq edilən qabaqcıl texnologiyalar, xüsusilə süni intellektə əsaslanan “Ağıllı Liman” konsepsiyası bu sektorda məşğulluq imkanlarını azaldıb.

Görünür ki, müəssisələrin iqtisadi davamlılığının gücləndirilməsi bəzi hallarda ESG-nin sosial davamlılıq göstəricilərinin pisləşməsi ilə müşayiət olunur.

Adı maliyyə fırıdaqlıqlarında hallanan sabiq sədr müavini sükutu pozdu — FOTO

Müəssisələrdə ən son texnoloji imkanların geniş tətbiqi Ətraf Mühit, Sosial və İdarəetmə (E, S və G) komponentləri arasında disbalans riskini artırır.

Bu baxımdan, qarşıdakı illərdə müəssisələr üçün əsas çağırışlardan biri iqtisadi səmərəlilik, sosial rifah və effektiv idarəetmə arasında uğurlu balansın qurulması olacaq.

Sizcə, süni intellektin tətbiqi müəssisələrdə ESG balansına necə təsir edəcək?”.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Söhrab İsmayılovun adı Bakı Dəniz Limanında rəhbər vəzifələrdə çalışdığı dövrlə bağlı müxtəlif maliyyə pozuntuları və dövlət vəsaitlərinin mənimsənilməsi iddiaları ilə gündəmə gətirilir. Heç vaxt sosial mediada aktiv olmayan Söhrab İsmayılovun birdən-birə üzə çıxması çoxlu suallar yaradır. Xüsusən də Söhrab İsmaylovun əməyin mühafizəsi barədə paylaşımı birmənalı qarşplanmayıb. Buna səbəb isə Söhrab İsmayılovun Bakı Dəniz Limanında müavin olduğu dövrlərdə əməyin mühafizəsi şöbəsi məhz onun kurasiyasında olub və işini səriştəsiz apardığı üçün 3 liman əməkdaşı vəzifə başında həlak olmuşdur. Dünyasını dəyişmiş sözügedən işçilərin hər biri cavan yaşında və əməyin mühafizəsinin pis təşkil olunması səbəbindən vəfat etmişdir. Bu səbəbdən Söhrab İsmaylovun qeyd olunan mövzu ilə bağlı paylaşımı xüsusi diqqət çəkir.

Zaur Ağalı Demokrat.az

NE
Nihadə Eyyubova