Mükəmməl ailə avtomobili seçmək asan iş deyil. Təhlükəsizlik, praktiklik və etibarlılıq da daxil olmaqla bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır.
GoBankingRates 2026-cı ilin ən yaxşı ailə avtomobillərini seçib. Bu reytinq U.S. News ekspertlərini apardığı araşdırmaya əsaslanır.
2026-cı ilin ən yaxşı ailə avtomobilləri bunlardır:
*ən yaxşı orta ölçülü iki sıralı krossover - Honda Passport * ən yaxşı orta ölçülü üç sıralı krossover - GMC Acadia * ən yaxşi kompakt krossover - Hyundai Tucson * ən yaxşi böyük krossover - GMC Yukon * ən yaxşi kompakt hibrid krossover - Hyundai Tucson Hybrid * ən yaxşi orta ölçülü hibrid krossover - Hyundai Palisade Hybrid * ən yaxşi hibrid krossover (PHEV) - Mazda CX-90 PHEV * ən yaxşi kompakt elektrik krossoveri - Hyundai Ioniq 5 * ən yaxşi orta ölçülü elektrik krossoveri - Hyundai Ioniq 9 * ən yaxşi miniven - Kia Carnival * ən yaxşi orta ölçülü avtomobil - Honda Accord * ən yaxşi hibrid - Honda Accord Hibrid * ən yaxşi orta ölçülü pikap - Honda Ridgeline * ən yaxşi tam ölçülü pikap - Toyota Tundra Hyundai modelləri reytinqdə beş yeri tutub. Cənubi Koreya avtomobilləri getdikcə populyarlaşır və Avropa, Yaponiya və Amerika brendləri ilə rəqabət apara biləcəklərini sübut etməyə davam edir.(lent.az)
Demokrat.az


