Misli Premyer Liqasında mövsümünün sonuncu – 33-cü turunun oyunları keçirilir.
Demokrat.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Əvvəlcə, “Kəpəz” “Neftçi” ilə qarşılaşacaq.
Günün digər oyunu da Sumqayıtda keçiriləcək. “Araz-Naxçıvan” burada “Zirə”ni “qəbul edəcək”.
Misli Premyer Liqası 33-cü tur 23 may
“Kəpəz” – “Neftçi”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev. VAR: Elçin Məsiyev. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Orxan Məmmədov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 15:00.
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov. VAR: Kamal Umudlu. AVAR: Asiman Əzizli. Hakim-inspektor: İmanxan Sultani. “SOCAR Polymer Arena”. 19:00.
Demokrat.az


