Gündəm

Bakı–Tbilisi–Bakı qatarında uşaqlar üçün endirimli səfər şərtləri açıqlanıb

Bakı–Tbilisi–Bakı qatarında uşaqlar üçün endirimli səfər şərtləri açıqlanıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı–Tbilisi–Bakı qatarında 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə pulsuz, 5–10 yaş arası uşaqlar isə səyahət sinifi, alış tarixi və mövsümdən asılı olaraq50%-dək endirimlə səfər edə bilərlər.

Bu barədə Demokrat.az ADY-yə istinadən xəbər verir.

Əsas qaydalara əsasən 5 yaşadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq şəkildə rəsmiləşdirilməlidir. "Uşaqla birgə səyahət etibarlılıq müddəti olan pasport əsasında həyata keçirilir. Uşaq yalnız 1 valideynlə səfər edirsə, digər valideynin, yaxud valideyn olmayan böyük şəxslə yola çıxırsa, hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsinin təqdim edilməsi vacibdir", - məlumatda deyilir. Bakı–Tbilisi–Bakı qatarına biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.

Demokrat.az

NE
Nihadə Eyyubova