Gündəm Özəl

Haluk Leventin səhhəti pisləşdi

Haluk Leventin səhhəti pisləşdi

Türkiyəli müğənni Haluk Levent Eskişehirdə verdiyi konsertdən sonra səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, məlumata görə, sənətçi AFAD ilə keçirilməsi planlaşdırılan görüş üçün yola çıxarkən özünü pis hiss edib və Ankara şəhərində yerləşən Gazi Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı onda mədə qanaxması şübhəsi müəyyən olunub və dərhal müalicəyə başlanılıb.

AHBAP Dərnəyinin açıqlamasında bildirilib ki, aparılan endoskopik müdaxilə nəticəsində qanaxma nəzarət altına alınıb, Haluk Leventə qan köçürülüb və vəziyyəti həkim nəzarətində saxlanılıb.

Müalicəsi uğurla başa çatan müğənni bu gün xəstəxanadan evə buraxılıb.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova