Argentinalı futbolçu Lionel Messinin sərvətinin 1 milyard dolları keçdiyi bildirilir.
Demokrat.az xəbər verir ki, “Bloomberg”in yaydığı məlumata əsasən, “İnter Mayami”nin hücumçusunun sponsorluq müqavilələri, investisiyaları və digər gəlirləri nəzərə alındıqdan sonra ümumi kapitalı milyard həddini aşıb.
Beləliklə, Messi futbol dünyasında milyarder statusuna çatan idmançılar sırasında Kriştiano Ronaldo ilə eyni sırada yer alıb.
Leyla Demokrat.az


