Hava yenidən kəskin dəyişir.
Demokrat.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, mayın 21-dən 22-nə keçən gecə saatlarında isə yağıntının intensivləşəcəyi gözlənilir. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Yarımadada şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-24° isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət isə gündüz saatlarında 60-65% olacaq.
Bölgələrdə də hava şəraiti qeyri-sabit keçəcək. Rayonlarda arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə prosesin intensivləşəcəyi gözlənilir. Sinoptiklər şimşək çaxacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə qar yağacağı barədə xəbərdarlıq ediblər. Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 14-17° isti, gündüz 19-24° isti, dağlıq ərazilərdə isə gecə 3-8° isti, gündüz 12-17° isti təşkil edəcək.
Demokrat.az


