Gündəm

Yağış probleminin həlli üçün çıxış yolu tapılmalıdır — Eldar Əzizov

Yağış probleminin həlli üçün çıxış yolu tapılmalıdır — Eldar Əzizov

Bakıda bir neçə gün əvvəl müşahidə olunan intensiv yağışlar şəhər infrastrukturunun iqlim dəyişikliklərinə uyğunlaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsini zəruriedir.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, son günlərdə yağan güclü yağışlar iqlim dəyişikliklərinin təsirlərini bir daha nümayiş etdirib.

Eldar Əzizov qeyd edib ki, yağış sularının idarə olunması və şəhər infrastrukturunun dayanıqlığının artırılması istiqamətində müəyyən islahatların aparılmasına ehtiyac var.

“Bu baxımdan müvafiq görüşlər keçirilib və problemin həlli üçün çıxış yolları tapılmalıdır”, – deyə o vurğulayıb.(APA)

Demokrat.az

NE
Nihadə Eyyubova