İdman

“Qarabağ” yeni transferi rəsmən elan etdi

“Qarabağ” yeni transferi rəsmən elan etdi

"Qarabağ" fransalı vinger Jali Muaddibi transfer edib.

Demokrat.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Xatırladaq ki, MuaddibFransanın U-19 milli komandasının formasını geyinib.(qol.az)

Demokrat.az

NE
Nihadə Eyyubova