Portuqaliyalı mütəxəssis Joze Mourinyo Madridin “Real” klubunun baş məşqçisi olub.
Demokrat.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat verib.
Tərəflər bütün razılaşmaları yekunlaşdırıb, 63 yaşlı portuqaliyalı mütəxəssislə müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Madrid klubu Mourinyonun “Benfika” ilə müqaviləsinin vaxtından əvvəl pozulmasına görə 6 milyon avro kompensasiya ödəyəcək. Daha əvvəl mediada bildirilib ki, məşqçi komandanın heyətinin formalaşdırılmasında da söz haqqı əldə edəcək. Mütəxəssisin özü isə “Real”la “Atletik” (Bilbao) arasında İspaniya çempionatı matçından sonra Madridə gələcək.
Mourinyo daha əvvəl 2010–2013-cü illərdə də “Real”a rəhbərlik edib. Həmin dövrdə o, komandanı İspaniya çempionluğu, ölkə kuboku və Superkubokuna aparıb. Hazırda “Real”a Xabi Alonsonun istefasından sonra baş məşqçi təyin olunan Alvaro Arbeloa rəhbərlik edir.
Cari mövsümdə İspaniya çempionu vaxtından əvvəl “Barselona” olub, “Real” isə ikinci yeri təmin edib.
Jalə Demokrat.az


