Gündəm

“10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” — VİDEO

“10 yaşımda köçkün düşmüşdüm, 10 övladımla qayıtmışam” — VİDEO

Xəbər verdiyimiz kimi, Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Zakir oğlu Buludxanov12 nəfərlik ailəsiilə dədə-baba torpağına köç edib.

O, həyat yoldaşı və 10 uşağı ilə birlikdə rayonun Təzəbinə kəndində yeni bərpa olunmuş evinə köçüb.

“10 yaşımda torpaqlarımızdan məcburi köçkün düşmüşdüm. İndi isə 10 övladımla canla-başla qayıtmışıq. Sumqayıtda 19 saylı yataqxanada yaşamışıq. Sonra çoxuşaqlı ailə olduğumuz üçün əmim ev tikib vermişdi”.

NE
Nihadə Eyyubova