İdman

Qurban Qurbanov: "Əsas heyətdən gedəcək futbolçular var"

Qurban Qurbanov: Əsas heyətdən gedəcək futbolçular var

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın gələcək planları və əsas heyətdən ayrılacaq futbolçular barədə danışıb.

Təcrübəli mütəxəssis bu barədə"İmişli" ilə keçirilən matçdansonrakı mətbuat konfransında məlumat verib.

Baş məşqçi heyətdə dəyişikliklərin qaçılmaz olduğunu, lakin hazırda ad çəkməyin doğru olmadığını bildirib:

"Əsas heyətdən gedəcək futbolçular var, amma indidən konkret ad açıqlamaq düzgün çıxmaz. Həmin oyunçuların siyahısı özümdə var. Vaxtı gələndə klubun rəsmi saytında hər biri növbə ilə ictimaiyyətə açıqlanacaq".(oxu.az)

Demokrat.az

NE
Nihadə Eyyubova