Keçmiş deputat Milyaz Mirzəyev vəfat edib.
O, bu gün doğulduğu Qax rayonunda, 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki,Milyaz Mirzəyev Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı olub. 1985-ci ildə onun başçılıqetdiyi komsomolçu-gənclər briqadasından bəhs edən "Arxalı dağlar" filmi çəkilib. Filmin rejissoruAdil Ələkbərovdur.
Sənədli film 1988-ci ildə Moskvada Ümumittifaq kənd təsərrüfatı filmləri kinofestivalında ÜİXTNS-in gümüş Medalına layiq görülüb.(lent.az)

Demokrat.az


