Hava

Temperatur düşəcək — Leysan, dolu xəbərdarlığı edildi

Temperatur düşəcək — Leysan, dolu xəbərdarlığı edildi

Bakıda və Abşeron yarımadasında mayın 17-18-də fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

*** 15:58

Ölkənin əksər rayonlarında qarşıdakı günlərdə qeyri-sabit hava şəraiti hökm sürəcək. Mayın 18-i axşamadək bölgələrdə arabir yağış yağacağı ehtimal edilir.

Demokrat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti rəsmi məlumat yayıb.

Qurumun proqnozuna görə, bəzi ərazilərdə leysan xarakterli intensiv yağıntı müşahidə olunacaq. Mayın 16-sı axşam saatlarında şərq rayonlarında hava şəraitinin daha da pisləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Həmçinin yüksək dağlıq zonalarda sulu qar və qar yağacağı təxmin edilir. Güclü yağıntı səbəbindən çaylarda suyun səviyyəsinin çoxalacağı, xüsusən bəzi dağ çaylarında qısamüddətli sel hadisələrinin baş verə biləcəyi bildirilir.

Demokrat.az

NE
Nihadə Eyyubova