Bakıdakı iri mağazalar şəbəkəsinə məxsus obyektdə baş verən yanğın ciddi maddi ziyanla nəticələnib. Hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.
Demokrat.az xitab24.az-a istinadla xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən “Kontakt Home” mağazalar şəbəkəsinin anbarını qəfildən alov bürüyüb. Gecə saatlarında başlayan yanğın qısa müddətdə geniş ərazini əhatə edib. Hadisənin miqyası kifayət qədər böyük olub.
İlkin ehtimallara görə, yanan anbarda çox sayda məişət texnikası, əsasən də paltaryuyan maşınlar və soyuducular saxlanılırdı. Alovun təsirindən anbardakı malların demək olar ki, hamısı yararsız hala düşüb.
Zərərin ümumi məbləğinin 3 milyon manat civarında olduğu ehtimal edilir.
Xatırladaq ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi keçmiş deputat Elnur Allahverdiyevdir.
Demokrat.az


