İdman Özəl

"Real Madrid"də misli görünməmiş dəyişiklik: Arda Gülərlə bağlı qərar verildi

Real Madriddə misli görünməmiş dəyişiklik: Arda Gülərlə bağlı qərar verildi

“Real Madrid” yay transfer dönəmində misli görünməmiş heyət dəyişikliyinə hazırlaşır. Mövsümü gözləntilərin altında keçirən və titulsuz başa vuran Madrid təmsilçisi yalnız 7 futbolçu istisna olmaqla digər oyunçular üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.

Demokrat.az xəbər verir ki, 2025/26 mövsümündə Çempionlar Liqası ilə erkən vidalaşan və La Liqa çempionluğunu “Barselona”ya uduzan “Real Madrid” növbəti mövsüm öncəsi ciddi dəyişikliklər etməyi planlaşdırır.

Heyəti tamamilə yeniləmək istəyən İspaniya nəhəngi ilə bağlı yayılan xəbərlərdə türk futbolçu Arda Gülər barədə də diqqətçəkən məqam yer alıb.

“FootMercato”nun yaydığı məlumata görə, Madrid rəhbərliyi komandaya yeni nəfəs gətirmək məqsədilə genişmiqyaslı dəyişikliklərə hazırlaşır. Bu çərçivədə klub yalnız 7 futbolçunu “satılmaz” statusunda qiymətləndirir.

İspaniya mətbuatının məlumatına əsasən, Tibo Kurtua, Andriy Lunin, Cud Bellinqem, Federiko Valverde, Arda Gülər, Kilian Mbappe və Endrik üçün gələcək transfer təklifləri nəzərdən keçirilməyəcək.

Vinisius Juniorun bu siyahıda yer almaması isə diqqət çəkib. Xəbərdə bildirilir ki, braziliyalı ulduzla müqavilənin yenilənməsi üzrə danışıqlarda yaşanan çətinliklər onun komandadan göndərilməsi ehtimalını artırır.

Digər tərəfdən, son vaxtlar adı tez-tez keçmiş klubu “Real Madrid”lə hallanan Joze Mourinyo da yayılan iddiaları yenidən təkzib edib. Portuqaliyalı mütəxəssis açıqlamasında belə deyib:

“Hər kəs davamlı şəkildə "Real Madrid"dən danışır, amma mən səmimi şəkildə bu mövzudan uzaq durmağa çalışıram. Klubun prezidenti və ya başqa hər hansı rəsmisi ilə heç bir əlaqəm olmayıb".

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova