Hava

Sabah 30° isti olacaq

Sabah 30° isti olacaq

Milli Hidrometeorologiya Xidməti sabah, mayın 12-nə olan hava proqnozunu təqdim edib.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Yarımadada mülayim cənub-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 15-18° isti, gündüz isə 25-29° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa enəcək.

Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Lakin gündüz saatlarından bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntı müşahidə edilə bilər. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağış, şimşək və dolu ehtimalı var. Temperatur gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda isə gündüz 13-18°, bəzi yerlərdə 23-25° isti olacaq.

Demokrat.az

NE
Nihadə Eyyubova