Yaraların düzgün qulluqla müalicəsi həm sağalma müddətini qısaldır, həm də infeksiya riskini azaldır. Kiçik kəsik və sıyrıqlar evdə sadə qaydalarla sağala bilər.
Yaranı təmizləyin:
Əvvəl əllərinizi sabunla yuyun, sonra yara ilıq su ilə yuyulmalı və torpaq, çirklərdən təmizlənməlidir. Steril tənzifdən istifadə edilə bilər. Spirt və ya yod kimi güclü maddələr yalnız ehtiyatla tətbiq olunmalıdır, çünki toxumaları qıcıqlandıra bilər.
Qanaxmanı dayandırın:
Kiçik qanaxmalar bir neçə dəqiqə ərzində dayanır. Təmiz tənzif və ya sarğı ilə yüngül təzyiq yetərlidir. Qanaxma güclüdürsə, həkimə müraciət edin.
Yaranı örtün:
Təmizlənmiş yara steril sarğı və ya plastırla örtülməlidir. Sarğı gündəlik dəyişdirilməli və yara təmiz saxlanmalıdır.
Sağalma prosesini sürətləndirin:
Zülal, C vitamini və sinklə zəngin qidalar toxuma bərpasını sürətləndirir. Kifayət qədər su içmək və yaxşı yuxu vacibdir. Siqaret və stres isə sağalmaya mənfi təsir göstərir.
Tibbi yardım tələb edən hallarda:
Yara dərin və böyükdürsə
Qanaxma dayanmasa
Yarada irin, şişlik və ya qızartı varsa
Hərarət yüksəlirsə
Heyvan dişləməsi və ya paslı əşya ilə zədə baş veribsə
Demokrat.az


