Gündəm Özəl

Hantavirus pandemiyaya çevrilə bilərmi?

Hantavirus pandemiyaya çevrilə bilərmi?

Hantavirus, çöl siçanları və digər gəmiricilər vasitəsilə yayılan bir virusdur. Gəmiricilərin nəcisi, sidiyi və ya tüpürcəkləri virusu daşıya bilər.

İnsanlara yoluxması adətən nəfəs yolu ilə, viruslu hissəciklərin inhalyasiya edilməsi ilə baş verir, yəni birbaşa yaxın təmas tələb olunur.

Hantavirüsun müxtəlif növləri var. Bəziləri yüngül hərarət və qripə bənzər xəstəliklər törədir, bəziləri isə ciddi ağciyər sindromu (HPS) və ya böyrək sindromu (HFRS) yarada bilər.

Pandemiya riski varmı?

Bəzi hallarda insandan insana yoluxma müşahidə olunub, amma bu çox nadirdir və uzun və yaxın təmas tələb edir.

Hava vasitəsilə asanlıqla yayılmır, buna görə COVID-19 kimi sürətli pandemiyaya çevrilmə ehtimalı çox aşağıdır.

Dünya Səhiyyə Təşkilatı (DST) da bildirib ki, bu epidemiyanın qlobal pandemiya riski yoxdur.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova