Sabahdan etibarən paytaxtda və bölgələrdə hava şəraiti kəskin dəyişəcək. Yağıntılı hava dalğası ölkənin böyük hissəsini əhatə edəcək.
Demokrat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, mayın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq. Günün müəyyən saatlarında bəzi ərazilərdə yağışın qısa müddətə güclənəcəyi gözlənilir.
Ölkənin rayonlarında da ayın birinci ongünlüyünün sonuna qədər qeyri-sabit hava şəraiti hökm sürəcək. Ayın 8-dən başlayaraq əksər rayonlarda, növbəti iki gündə isə əsasən dağlıq ərazilərdə fasilələrlə yağıntı olacaq. Şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.
Güclü yağıntılarla əlaqədar çaylarda suyun səviyyəsinin artacağı, bəzi dağ çaylarından sel keçəcəyi proqnozlaşdırılır.
Demokrat.az


